Paytaxtın bir sıra küçə və prospektlərində tıxaclar var.
Herbiand.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) yaydığı məlumata görə, hazırda
1. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
2. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
3. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
4. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
5. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
6. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində;
7. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
8. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində sıxlıq müşahidə olunur.