RU

Dünya çempionu karyerasını bitirdi

Fransalı qapıçı Stiv Mandanda karyerasını bitirmək qərarına gəlib.

Msport.az xəbər verir ki, 40 yaşlı qolkiper bu barədə açıqlama verib.

“Bu qərarı vermək mənim üçün asan olmadı. Bir qədər düşündükdən sonra fikrimi qətiləşdirdim. Bir çox təkliflər alsam da, hamısından imtina etdim”, – deyə qapıçı bildirib.

Son olaraq ölkəsində “Renn”in şərəfini qoruyan Mandanda yığmanın heyətində 35 oyun keçirib. O, 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatında milli komandasına qızıl medal qazanmağa kömək edib.

Избранный
40
5
msport.az

8Источники