RU

Ermənistanda hərbi xidmət müddəti azaldılacaq

BAKI, 11 sentyabr. TELEQRAF

Ermənistan Müdafiə Nazirliyi “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanuna məcburi hərbi xidmət müddətinin 18 ay müəyyən edilməsini təklif edən dəyişiklik layihəsini ictimai müzakirəyə təqdim edib.

Teleqraf xəbər verir ki, dəyişiklik layihə əsasında 2026-cı ilin yay hərbi xidmətə çağırışından başlayaraq həyata keçiriləcək.

Əsasnamədə göstərilir ki, Ermənistan hökumətinin 2021-2026-cı illər proqramında müqaviləli xidmətin müddətinin artması ilə əlaqədar məcburi hərbi xidmət müddətinin azaldılması nəzərdə tutulur. Müdafiə Nazirliyi sıravi şəxsi heyətin cari 24 aylıq icbari hərbi xidmət müddətinin 2026-cı ilin yay çağırışından 6 ay azaldılmasını məqsədəuyğun hesab edib, müddət isə 18 ay müəyyən olunub.

Избранный
24
teleqraf.com

1Источники