RU

Dünya bazarında neft ucuzlaşıb

Sentyabrın 10-da dünya bazarlarında neftin qiymətində cüzi azalma olub.

“Nyu-York Mercantile Exchange”də (Nymex) WTI markalı xam neftin oktyabr fyuçerslərinin qiyməti 0,08 ABŞ dolları və ya 0,13% azalaraq 63,59 dollar/barel təşkil edib.

“ICE” birjasında noyabr fyuçersləri üzrə "Brent" markalı neftin qiyməti isə 0,06 dollar və ya 0,09% enərək 67,43 dollar/barel olub.

Qiymətlərin azalması investorların qlobal tələblə bağlı ehtiyatlı mövqeyi və bazarda təkliflə bağlı qeyri-müəyyənliklə əlaqələndirilir.

Избранный
29
6
anews.az

10Источники