RU

Rusiya Sumıda təhsil müəssisəsini VURDU - VİDEO

Rusiya ordusu Ukraynanın Sumı şəhərində yerləşən təhsil müəssisəsini pilotsuz uçuş aparatları ilə hədəfə alıb.

Musavat.com xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin açıqlamasında deyilir.

Nəticədə binalara ciddi ziyan dəyib, obyektlərdən biri qismən dağılıb və yanğın baş verib.

“Xilasedicilər qısa müddətdə bütün yanğın ocaqlarını söndürüblər. Hadisə yerində araşdırma aparılıb. Zərbə dalğası avtomobillərə ziyan vurub, yaxınlıqdakı yaşayış binalarının şüşələri sınıb”, – deyə məlumatda bildirilir.

Musavat.com

Избранный
19
musavat.com

1Источники