Ankarada 4,1 bal gücündə zəlzələ baş verib.
Milli.Az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Bu gün saat 08:24-də Ankaranın Kalecik rayonunda zəlzələ baş verib. Yeraltı təkanların 4,1 bal gücündə olduğu bildirilib.
AFAD-ın açıqlamasına əsasən, zəlzələ 11,08 km dərinlikdə qeydə alınıb.
Hazırda bölgədən hər hansı dağıntı və ya ciddi mənfi hal barədə məlumat daxil olmayıb.
Milli.Az