RU

QHT Füzulidə kasetli sursatların yaratdığı problemlərlə bağlı monitorinq aparıb - FOTOLAR

Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycan Respublikası ərazisində kasetli sursatlar probleminin tədqiqi” layihəsi üzrə fəaliyyəti davam etdirir.

QHT.az xəbər verir ki, layihədə qarşıya qoyulmuş məqsədə nail olmaq üçün Füzuli rayonunun ərazisində kasetli silahlarla çirklənmiş ərazilərin monitorinqi keçirilmiş, problemin miqyası, kasetli sursatların növləri, bu sursatların infrastruktur layihələrinin həyata keçirilməsinə təsirinin öyrənilməsi, kasetli sursatlardan qurban olmuş şəxslərin müəyyən edilməsi və onların hansı şəraitdə qurbana çevrilməsinin öyrənilməsi üçün çox saylı görüşlər keçirilmiş və məlumatlar toplanmışdır.

Kasetli sursatlarla çirklənmiş ərazilər və bu sursatların növləri barədə ətraflı məlumatlar vermiş Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (Mine Action Agency of the Republic of Azerbaijan - ANAMA) Horadiz əməliyyat mərkəzinin rəhbərliyinə və əməliyyat menecerlərinə, Füzuli rayon İH-də Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Seydi Nadirov, 1-ci Qarabağ müharibəsi zamanı Füzuli özünümüdafiə batalyonlarının komandirlərinə, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Füzuli Elektrik Şəbəkəsinin rəhbərinə, “North West Construction” şirkətinin layihə rəhbərinə öz təşəkkürümüzü bildiririk.

1-ci Qarabağ müharibəsi zamanı Füzuli şəhərinə və Yağlıvənd kəndinə atılmış kasetli aviabombalar nəticəsində həlak olmuş şəxslərin ailə üzvlərinə və yaralananlara bu layihəyə göstərdikləri diqqətə və köməyə görə xüsusi təşəkkür edirik.

Избранный
55
qht.az

1Источники