Bakı. Trend:
Asiya İnkişaf Bankı (AİB) 2025-ci ilin yanvar–iyun aylarınıəhatə edən ekoloji monitorinq üzrə Yarımillik Hesabat layihəsinidərc edib. Hesabatda Azərbaycanın dəmir yolu sektorunun inkişafınadair, Sumqayıt–Yalama (Rusiya sərhədi) dəmir yolu xəttinin yenidənqurulmasına yönəlmiş layihənin icrasında əhəmiyyətli irəliləyişinəldə olunduğu qeyd olunur.
Bu barədə TrendAİB-na istinadən məlumat verir.
Hesabata əsasən, tikinti işləri hazırda irəliləmiş mərhələdədir.Podratçı hər iki lot üzrə yenilənmiş iş qrafikini təqdim edib: 1-ciLot üzrə işlərin 2025-ci ilin üçüncü rübündə, 2-ci Lot üzrə isəilin sonunadək başa çatdırılması planlaşdırılır.
Layihənin məqsədi Azərbaycanda dəmir yolu xidmətlərininyaxşılaşdırılması, “Azərbaycan Dəmir Yolları” QSC-nin rəqabətədavamlılığının və maliyyə dayanıqlığının artırılması, həmçininəməliyyat və iqtisadi səmərəliliyin, eləcə də başlıca olaraqYalama–Sumqayıt sahəsi üzrə “Şimal–Cənub” nəqliyyat dəhlizininötürücülük qabiliyyətinin artırılmasıdır.
Layihə iki lota bölünüb:
1-ci Lot Sumqayıt stansiyasından (km 2622+175) Gilgilçaystansiyasınadək (km 2538+200) olan sahəni əhatə edir və ikixəttlielektrikləşdirilmiş hissəni nəzərdə tutur.
2-ci Lot Gilgilçay stansiyasından (km 2538+200) Rusiyaylasərhəddə yerləşən Yalama stansiyasınadək (km 2454+454) olan sahəniəhatə edir.
Tikinti işləri ilə yanaşı, layihəyə layihələndirmə hissəsi dədaxildir. Nəzəri cəhətdən layihələndirmə işləri 100 faiztamamlanıb, lakin bəzi cüzi işləmələr və maraqlı tərəflərlərazılaşdırmalar hələ ki, başa çatdırılmayıb .
Bu düzəlişlər əsasən yeni və ya yenilənmiş ox dəyişdiricilərininmövcud infrastrukturla inteqrasiyası və stansiyalarda suötürücüsistemlərin qoşulması ilə bağlıdır və ümumi icra prosesinə təsirgöstərmir.