RU

Xəyyam Məmmədov: "Su ehtiyatlarının səmərəli idarə olunması artıq bir ölkənin daxili məsələsi deyil"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Su ehtiyatlarının səmərəli idarə olunması artıq yalnız bir ölkənin daxili məsələsi deyil, bu, qlobal əhəmiyyət kəsb edən bir məsələdir".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin birinci müavini Xəyyam Məmmədov bu gün Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının - "Baku Water Week"in (Bakı Su Həftəsi) ikinci gününün açılış mərasimində deyib.
O bildirib ki, Azərbaycan Respublikasında su resurslarının qorunması, su ehtiyatlarının səmərəli istifadə olunması dövlət siyasətinin əsas istiqamətlərindən və əsas prioritetlərindən biridir:
"Bu gün iqlim dəyişikliyi, su qıtlığı kimi çağırışlar bir ölkənin daxili imkanları hesabına həll olunan məsələ deyil. Buna görə də beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi və bunun əsasında yeni təşəbbüslərin irəli sürülməsi bizim üçün xüsusi önəm daşıyır. Bu konfrans da bu baxımdan olduqca vacib rol oynayır".
"İnanıram ki, konfrans çərçivəsində aparılacaq müzakirələr, yeni ideyalar nəticəsində yeni tərəfdaşlıqların formalaşmasına nail olacağıq", - deyə sədrin birinci müavini qeyd edib.
Məhərrəm Əliyev
Избранный
16
2
oxu.az

3Источники