RU

HƏMAS atəşkəs danışıqlarına qayıtmağa hazırdır

ain.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

Londonda fəaliyyət göstərən ərəbdilli "Asharq Al-Awsat" qəzeti öz mənbələrinə istinadən yazır ki, təşkilatın rəhbər şəxsləri məsələ üzrə həmrəyliyə gəliblər. "HƏMAS-ın tələbləri yalnız müharibənin birdəfəlik başa çatdırılması və İsrail Silahlı Qüvvələrinin Qəzza zolağından çəkilməsidir", – qəzet vurğulayır. Məlumata əsasən, HƏMAS yaxın günlərdə təhlükəsizlik vəziyyəti sabitləşəndə müharibənin həlli üzrə vasitəçi tərəflərlə (ABŞ, Qətər və Misir) əlaqəni yenidən canlandırmağa, danışıqlara qayıtmağa hazırlaşır.

Tramp: "Hücum ağılsız addım idi"

Xatırladaq ki, dünən İsrail Hərbi Hava qüvvələri Qətərin paytaxtı Dohada HƏMAS terror təşkilatının bir sıra ali liderinin toplaşdığı nöqtəyə aviazərbə endirib. Hücumun nəticələri hələlik aydın deyil. Bir sıra dünya lideri, o cümlədən ABŞ Prezidenti Donald Tramp İsrailin bu gözlənilməz hücumunu pisləyib. Firudin Həmidli

AzVision.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
13
1
azvision.az

2Источники