Bakı, 11 sentyabr, AZƏRTAC
Sentyabrın 10-da polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 22,5 kiloqramdan artıq narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 6 ədəd çətənə kolu aşkar olunaraq götürülüb, yabanı halda bitmiş 44 ədəd çətənə kolu isə aşkarlanaraq məhv edilib.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir”, - deyə məlumatda bildirilib.