RU

"Qarabağ"dan dünya reytinqində sıçrayış

style='margin-bottom:10px;'>

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

QOL.az xəbər verir ki, 506 klubun yer aldığı siyahıda Azərbaycanın 4 klubu var.

Ən yaxşı göstəriciyə malik təmsilçimiz "Qarabağ"dır. Qurban Qurbanovun komandası 154,75 xalla 96-cıdır. "Qarabağ" əvvəlki cədvəllə müqayisədə 38 pillə irəliləyib.

"Sabah" 79,25 xalla 264-cü pillədən 302-yə enib. "Araz-Naxçıvan" 70,25 xalla 363-cü yerdən 355-ci yerə yüksəlib. "Zirə" isə 68 xalla 274-cü pillədən 380-ci yerə enib. 

Qeyd edək ki, siyahıya 543 xalla PSJ liderlik edir.

Избранный
24
3
teleqraf.com

4Источники