RU

Məşhur teleaparıcı zorakılıq ittihamlarını rədd edib

Ajans.az xəbər verir ki,bu barədə məlumat BBC-nin rəsmi saytında yer alıb. "The Repair Shop" proqramının keçmiş aparıcısı məhkəmədə iki zorlamada təqsirli olmadığını bildirib. İstintaq çərçivəsində məhkəmə Bladesə onu ittiham edən şəxslə hər hansı bir şəkildə əlaqə saxlamağı qadağan edib. Qeyd olunur ki, iş üzrə əsas məhkəmə prosesi 2027-ci ilin sentyabrında başlayacaq.

Xatırladaq ki, son vaxtlar tanınmış şəxslərə qarşı oxşar ittihamlar artmaqdadır. ABŞ-da məşhur komediya aktyoru Con Reep uşaqların cinsi istismarı ittihamı ilə həbs edilmiş, daha sonra zaminlə sərbəst buraxılmışdı. Həmçinin, Böyük Britaniyada "Strictly Come Dancing" layihəsinin iştirakçılarından biri zorlama və qeyri-qanuni intim görüntülərin yayılması ilə bağlı şübhəli qismində saxlanılmış, lakin adı ictimaiyyətə açıqlanmamışdı.

Избранный
85
Ajans.az

1Источники