RU

Musiqi məktəlbərində təhsil haqqı 2 dəfəyə yaxın artırıldı, 50 faizini də indi istəyirlər

Milli.az saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tabeliyində olan musiqi məktəlbərində artırılıb.

Milli.Az-ın əldə etdiyi məlumata görə, musiqi məktəlbərində təhsil haqqı aylıq ortalama 50 manat artırılıb. Haızrda musiqi məktəbləri üçün aylıq təhsil haqqı 120 azn ətrafındadır, 10 aylıq dövr üçün isə bu 1200 azn edir. 

Ödənişli təhsil üzrə illik müəyyən olunmuş təhsil haqqı hər tədris ili üçün müvafiq bank hesablarına köçürülmə yolu ilə ödənilməlidir. Təhsil haqqının I yarısı (5 ay) üçün sentyabr ayının 10-dək, II yarısı (5 ay) üçün fevral ayının 1-dək ödənilməlidir.

Mədəniyyət Nazirliyinin bu qaydanı tətbiq etməsi valideynlər tərəfindən narazılıqla qarşılanıb. Ödənişin aylıq yox, yarısının indidən tələb olunması valideynləri çətin vəziyyətə salıb.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sistemindəki incəsənət məktəb və mərkəzlərinə şagirdlərin qəbulu və yerdəyişməsi ilə bağlı qaydalarda isə göstərilib ki, ödənişli təhsil üzrə təhsil haqqının məbləği Nazirliklə razılaşdırmaqla İdarə

tərəfindən müəyyən edilir.

Valideynlərin sözlərinə görə, digər tərəfdən uşaqlar imtahanda yüksək bal toplasalar da musiqi məktəblərində ödənişliyə qəbul olurlar.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu ünvanlanıb.

Mehman Əsədov

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
19
1
news.milli.az

2Источники