Yeniavaz saytından verilən məlumata görə, ain.az xəbər verir.
Həyat yoldaşı vəfat edən şəxs ehsan vermək əvəzinə kəndin yoluna asfalt çəkdirib.
Yeniavaz.com Xəzər TV-yə istinadən xəbər verir ki, belə bir nümunəvi hal Abşeron rayonunun Fatmayı kəndində baş verib.
Kənd sakini 68 yaşlı Şasif Allahverdiyev dünyasını dəyişmiş xanımı Firəngiz Allahverdiyeva üçün təmtəraqlı ehsan verməkdənsə, yol çəkdirməyi seçib. Ailənin 4 qız övladı da ataları ilə birlikdə bu təşəbbüsə dəstək verib. Onların sözlərinə görə, əsas məqsəd həm doğmalarının ruhuna dua etmək, həm də kənd əhalisinə gündəlik həyatda fayda verən bir xeyir işi gerçəkləşdirmək olub.
Daha ətraflı:
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.