RU

"Dərsə gedən bir uşaq" şeirini əzbərləməklə dilimizi öyrənə bilmərik - Nazir

"Dərsə gedən bir uşaq" şeirini əzbərləməklə dilimizi öyrənmək olmaz.

News24.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media üçün keçirilən brifinqdə deyib.

Nazir qeyd edib ki, tədris prosesində yalnız “Dərsə gedən bir uşaq” kimi şeirlərlə dili öyrənmək və mənimsəmək mümkün deyil. Onun sözlərinə görə, müasir dövrdə tədris proqramlarının daha praktik, tətbiq yönümlü və şagirdlərin gündəlik həyat bacarıqlarını inkişaf etdirəcək formada qurulması vacibdir.

Emin Əmrullayev vurğulayıb ki, dilin mənimsənilməsi üçün təkcə əzbərləmə deyil, həm də tətbiqetmə və ünsiyyət bacarıqlarının inkişafına xüsusi diqqət ayrılmalıdır. 


Aqil Qarayev


Избранный
54
news24.az

1Источники