ABŞ Dövlət Departamenti 1.07 milyard dollar dəyərindəki AIM-120D-3 AMRAAM raketlərinin Finlandiyaya satışını təsdiqləyib.
Bu barədə “Poliqon” ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinə (DSCA) istinadən xəbər verib.
Bildirilib ki, sifarişə 405 ədəd “hava-hava” tipli AIM-120D-3 raketinin və digər lazımi avadanlıqların satın alınması, eləcə də onlara təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi daxildir.
Sözügedən sifarişin baş podratçısı ABŞ-ın “RTX Corporation” şirkəti olacaq.
Qeyd edilib ki, bu raketlər Finlandiyanın döyüş imkanlarını artırmaqla ölkənin cari və gələcək təhdidlərə cavab vermək qabiliyyətini yüksəldəcək.