Gənclər Liqasının əsas mərhələsində "Qarabağ"ın U-19 komandasının Portuqaliyada "Benfika"ya qarşı keçirəcəyi oyunun təyinatları bəlli olub.
"Football-plus.az" xəbər verir ki, qarşılaşmanı Şimali İrlandiyadan olan Ceymi Robinson idarə edəcək
FİFA referisinə Adam Ceffri və Brayan Uilson kömək göstərəcək. Dördüncü hakim funksiyasını portuqaliyalı Dioqu Roza yerinə yetirəcək.
Qeyd edək ki, sentyabrın 16-da təşkil olunacaq "Benfika" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 14.00-da start götürəcək.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта