“Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Kristian Eriksenin “Volfsburq”a transferi rəsmiləşib.
QOL.az xəbər verir ki, bu barədə Bundesliqa klubunun mətbuat xidməti məlumat yayıb.
33 yaşlı futbolçu ilə 2027-ci ilin iyununa qədər müqavilə imzalanıb.
Danimarka millisinin üzvü yeni klubuna azad agent kimi keçib.
Qeyd edək ki, Eriksen "Ayaks"., "Tottenhem" və "İnter"də də çıxış edib.