"Qarabağ" klubu dünya reytinqində 38 pillə irəliləyib. 


Rekord.az xəbər verir ki, bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda əksini tapıb. 


154,75 xalı olan Azərbaycan çempionu 134-cü sıradan 96-cı yerə qalxıb. 


"Sabah" (79,25) 264-cü pillədən 302-yə geriləyib. "Araz-Naxçıvan" (70,25) 363-cü mövqedən 355-ə qalxıb. "Zirə" (68) isə 274-dən 380-ə düşüb. 


506 klubun yer aldığı siyahıda Fransa təmsilçisi PSJ 543 xalla liderdir.