RU

Azərbaycan Ombudsmanı "İnsanların rifahı naminə effektiv ombudsman fəaliyyəti" mövzusunda keçirilən beynəlxalq seminarda iştirak edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Çin Xalq Respublikasının Nankin şəhərində keçirilən “İnsanların rifahı naminə effektiv ombudsman fəaliyyəti” mövzusunda beynəlxalq seminarda iştirak edib.

Seminarda çıxış edən Müvəkkil Səbinə Əliyeva Azərbaycan ilə Çin arasında mövcud olan strateji əlaqələrinin inkişaf etdiyini, eyni zamanda, insan hüquq azadlıqlarının müdafiəsi sahəsində də əməkdaşlığın dərinləşdirilməsi üçün geniş imkanların olduğunu diqqətə çatdırıb.

Ombudsman çıxışında Azərbaycanın milli insan hüquqları təsisatının fəaliyyəti, o cümlədən, vətəndaşların müraciətlərini asan və maneəsiz şəkildə təqdim edə bilmələri üçün mövcud mexanizmlər, hüquqi maarifləndirmə işləri, həssas əhali qruplarının hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verib.

Təqdimat beynəlxalq seminarda iştirak edən nümayəndələr tərəfindən maraqla qarşılanıb və yüksək qiymətləndirilib

Hurriyyet.az

Избранный
12
5
hurriyyet.az

6Источники