RU

MİQ imtahanda iştirak qiyməti müəyyənləşdi

Xüsusi kateqoriyadan olan şəxslərin müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinə ödənişsiz iştirakı üçün 1 milyon manatdan çox vəsait ayrılıb.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin rəhbəri Adil Vəliyev parlamentin Elm və təhsil komitəsinin bugünkü iclasında deyib.

O qeyd edib ki, imtahanların qiymətinin əlçatan məbləğdə, təxminən 45-60 manat arasında olacağına ümid edir.

Şöbə müdiri əlavə edib ki, MİQ imtahanlarına 2023-cü ildə 1 milyon 290 min 567 manat, 2024-cü ildə isə 232 665 manat sərf edilib:

"2021-ci ildə ərizəsi təsdiq edilmiş və müsabiqədə iştirakı nəzərdə tutulmuş 59 171 nəfərdən 46 930 nəfər, 2022-ci ildə 54 804 nəfərdən 44 363 nəfər, 2023-cü ildə 58 000 nəfərdən 47 571 nəfər, 2024-cü ildə isə 61 669 nəfərdən 50 264 nəfər test imtahanı mərhələsində iştirak edib".

Избранный
8
2
publika.az

3Источники