RU

“Barselona” rusiyalı blogeri “Kamp Nou”nun açılışına dəvət etdi

BAKI, 11 sentyabr. TELEQRAF

İspaniyanın “Barselona” klubu rusiyalı bloger Hasbulla Maqomedovu (Hasbik) yenilənmiş “Kamp Nou” stadionunun açılışına dəvət edib.

Teleqraf xəbər verir ki, bu barədə Hasbik özü sosial şəbəkələrdə paylaşım edərək kataloniyalılardan aldığı məktubu göstərib.

Qeyd edək ki, “Barselona” təmir olunmuş ev arenasında ilk oyununu sentyabrın 28-də “Real Sosyedad”a qarşı keçirəcək. Hasbik qeyri-adi antropoloji göstəricilərinə görə dünya şöhrəti qazanıb: onun boyu 91 santimetr, çəkisi isə 19 kiloqramdır.

Избранный
64
1
teleqraf.com

2Источники