RU

Nepalda həbsxanalardan qaçan məhbusların sayı 15 min nəfəri ötüb

Bakı. Trend:

Nepalda baş verən kütləvi iğtişaşlar zamanı ölkənin cəzaçəkməmüəssisələrindən qaçan məhbusların sayı 15 min nəfəri ötüb.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, həbsxanadan qaçışlar Nepalın müxtəlifşəhərlərində yerləşən ümumilikdə 25 cəzaçəkmə müəssisəsində qeydəalınıb.

Qaçanlar arasında adamöldürmə, cinsi zorakılıq, adam oğruluğu vəinsan alveri kimi ittihamlar üzrə cəza çəkən məhbuslar yeralır.

Ölkənin Penitensiar qurumu qaçış sayı ilə bağlı son rəqəmlərihələlik dəqiqləşdirmədiyindən, sayın artacağı istisna edilmir.Məhbusların yaxalanması üçün ölkənin polis və ordu qüvvələri ölkəboyunca səfərbər olunub.

Məqalədə:
Избранный
12
az.trend.az

1Источники