RU

Ramil Şeydayev "Qarabağ"a transfer olunub? - AÇIQLAMA

"Qarabağ" klubu Ramil Şeydayevlə maraqlanması ilə bağlı yayılan iddialara münasibət bildirib. 

Bu barədə "Report"a Azərbaycan çempionunun Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev açıqlama verib. 

"Hələlik bizdə belə informasiya yoxdur. Transferlə bağlı yenilik olsa, ictimaiyyətə məlumat veriləcək", - deyə klub rəsmisi bildirib.

Qeyd edək ki, Ramil Şeydayev 2017/2018 mövsümündə və 2021-2023-cü illər aralığında Ağdam klubunun formasını geyinib. "Neftçi" ötən gün 29 yaşlı hücumçu ilə yollarını qarşılıqlı razılıq əsasında ayırdığını açıqlayıb.

Избранный
16
ucnoqta.az

1Источники