RU

iPhone 16 və iPhone 17 arasındaki fərqlər Yeni modelə keçməyə dəyər? FOTO

Milli.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Apple" 9 sentyabrda gözlənilən "iPhone 17" seriyasını təqdim edib.

Milli.Az xəbər verir ki, istifadəçilərin böyük əksəriyyəti üçün əsas sual budur: "iPhone 16" istifadəçiləri üçün yeni modelə keçmək lazımdırmı? Texnologiya həvəskarları üçün yeniliklər daha cəlbedici olsa da, adi istifadəçilər üçün fərqlər çox hiss olunmaya bilər.

Kamera Yenilikləri

"iPhone 17"nin baza modelində ikinci kamera 12 MP-dən 48 MP-ə yüksəldilib, bu da geniş və makro çəkilişlərdə daha yaxşı nəticə verir.

"iPhone 17 Pro" isə üç 48 MP-lik Fusion kamera ilə gəlir. Yeni telefoto lens %56 daha böyük sensorla təchiz olunub və 4x optik zoom ilə 8x keyfiyyətli optik zum arasında keçid imkanı təqdim edir.

Ön kamera isə 18 MP olub və Center Stage funksiyası sayəsində qrup selfilərini çəkmək və videolarda istifadə rahatlığını artırmaq mümkündür.

Batareya

"iPhone 17 Pro" 3988 mAh batareya ilə 33 saat video izləmə imkanı verir. "iPhone 16 Pro"da isə bu rəqəm 27 saat idi. Baz modellərdə də batareya 3561 mAh-dən 3692 mAh-yə yüksəldilib.

Yeni A19 Pro prosessoru və iOS 26 enerji optimizasiyası ilə cihazın performansını artırır, xüsusilə telefonunu intensiv istifadə edənlər üçün bu fərq əhəmiyyətlidir.

Dizayn və Rəng Seçimləri

"iPhone 17"nin əsas modeli dizayn baxımından "iPhone 16" ilə oxşardır. Lakin Pro versiyalarda arxa kamera və rənglərdə böyük dəyişikliklər var.

Yeni rəng seçimləri arasında Narıncı və Dərin Mavi diqqət çəkir.

Qısacası, iPhone 17 Pro xüsusilə kamera və batareya üstünlükləri ilə texnoloji yüksəliş təklif edir, əsas modellərdə isə dəyişikliklər daha az hiss olunur.

Fidan

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
34
4
news.milli.az

5Источники