RU

Qarabağ və Şərqi Zəngəzurda yeni məktəblər açılacaq

Növbəti tədris ilində Ağdam, Ağdərə, Xocalı, Cəbrayıl və Kəlbəcərdə 11 yeni ümumi təhsil müəssisəsinin açılması nəzərdə tutulur.

Musavat.com xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə hazırlıqla bağlı media brifinqində məlumat verib.

Nazir bildirib ki, açılacaq məktəblərdə ümumilikdə 2 807 şagird təhsil alacaq və 334 nəfər heyət üzvü çalışacaq.

Şahanə Rəhimli
Musavat.com

Избранный
82
musavat.com

1Источники