RU

"Mançester Yunayted"in müdafiəçisi Türkiyə klubuna keçə bilər

BAKI, 11 sentyabr. TELEQRAF

Türkiyənin "Eyüpspor" klubu İngiltərənin "Mançester Yunayted" komandasının futbolçusu Tayrell Malasiyanı icarəyə götürmək niyyətindədir.

Teleqraf xəbər verir ki, bu barədə məşhur insayder Aleks Kruk məlumat yayıb.

Tərəflər Türkiyədə transfer pəncərəsi bağlanana qədər (12 sentyabr) keçidi başa çatdırmaq istəyir, lakin 26 yaşlı müdafiəçinin özü Superliqada oynamaq istəmir.

Qeyd edək ki, Tayrell Malasiyanın "Mançester Yunayted"lə müqaviləsi 2026-cı ilin yayına qədərdir. O, ötən mövsümün ikinci hissəsini icarə əsasında Niderlandın PSV klubunda çıxış edib.

Избранный
65
teleqraf.com

1Источники