RU

HƏMAS girovlarla bağlı danışıqları bərpa etmək niyyətindədir

İsrailin Qətərin paytaxtı Dohada Fələstinin radikal HƏMAS hərəkatının liderlərinə zərbə endirməsinə baxmayaraq, qrup atəşkəs və girovların azad edilməsi ilə bağlı danışıqları davam etdirmək qərarına gəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə sentyabrın 11-də “Jerusalem Post” mənbələrinə istinadən məlumat yayıb.

HƏMAS-ın siyasi bürosunun tam atəşkəs, İsrail qoşunlarının Qəzza zolağından çıxarılması və Qəzzanın gələcək idarəçiliyinə dair zəmanətlər daxil olmaqla, tələblərinin yerinə yetirilməsini təmin edəcək şəkildə danışıqların davam etdirilməsi ilə bağlı konsensusa gəldiyi bildirilir.

Избранный
29
ucnoqta.az

1Источники