RU

Fransada Makron əleyhinə nümayişlərdə 540 nəfər saxlanılıb

Ajans.az xəbər verir ki,bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Nazirliyin açıqlamasına görə, “Hər şeyi dayandıraq” (Fransızca: Stop à tout) şüarı ilə keçirilən etiraz aksiyaları ölkə üzrə 850 fərqli məkanda baş tutub və təxminən 200 min nəfər iştirak edib. Yalnız Paris şəhərində 211 nəfərin saxlandığı bildirilib. Etirazlar paytaxt Paris, eləcə də Lion və Renn şəhərlərində xüsusilə gərgin keçib. Aksiya iştirakçıları polis əməkdaşlarına müxtəlif əşyalar atıb, küçələrə zibil qutuları yandıraraq barrikadalar qurublar. Polis isə vəziyyətə nəzarət etmək məqsədilə gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib. Aksiyalar, mərkəz sağ yönümlü Fransua Bayrou hökumətinin istefası və onun yerinə Sebastien Lecornunun baş nazir təyin olunmasından bir neçə gün sonra baş verib. Etirazçılar Makronun daxili siyasətinə və iqtisadi islahatlarına etiraz etdiklərini bildiriblər. Hazırda saxlanılan şəxslərlə bağlı hüquqi prosedurlar davam etdirilir. Rəsmi qurumlar etirazların nəzarət altında saxlanıldığını və araşdırmaların davam etdiyini bildiriblər.

 

Избранный
66
Ajans.az

1Источники