RU

Siyasi partiyanın maliyyə hesabatı ilə bağlı qərarda dəyişiklik edilib

"Siyasi partiyanın maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi qaydası”nda dəyişiklik edilib.

 

Pravda.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

 

Qərara əsasən, Siyasi partiyalar tərəfindən maliyyə hesabatı hər il aprelin 1-dən gec olmayaraq, aşağıdakı qaydada Mərkəzi Seçki Komissiyasına təqdim edilməlidir:

 

 

-hesabat dövrü ərzində maliyyə fəaliyyəti olan siyasi partiya “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun əldə edilmiş auditor rəyi ilə birlikdə maliyyə vəziyyəti haqqında hesabatı, maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabatı və əhəmiyyətli uçot siyasəti və izahlı qeydləri;

 

-hesabat dövrü ərzində maliyyə fəaliyyəti olmayan siyasi partiya yalnız maliyyə vəziyyəti haqqında hesabat üzrə mövcud qalıqların istifadəsinin və maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat üzrə dəyişikliyin olmaması barədə arayışı (3 nömrəli əlavə).

 

Eyni zamanda qərara əsasən, maliyyə hesabatı və bu Qaydada göstərilən arayış siyasi partiyanın rəhbəri (siyasi partiyanın sədri, siyasi partiyada sədr vəzifəsi olmadığı halda, partiyanın qurultayarası kollegial idarəetmə orqanının rəhbəri) və baş mühasibi tərəfindən imzalanır və siyasi partiyanın möhürü ilə təsdiq ediləcək.

Tarix: 11 Sentyabr 2025, 12:55   
Избранный
25
18
pravda.az

10Источники