RU

Döyüş əməliyyatlarında iştirak edənlər və şəhid ailələri tibbdə istifadə edilən psixotrop maddələrlə təmin olunacaqlar

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslər və şəhid ailələri dərman vasitəsi kimi tibbdə istifadə edilən psixotrop maddələrlə təmin olunacaqlar.

APA xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Çernobıl AES-də qəza nəticəsində köçürülmə günü ana bətnində olan uşaqlar da daxil olmaqla, uzaqlaşdırma və köçürülmə zonalarından köçürülmüş uşaqların və ya 18 yaşınadək yeniyetmələrin, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqların, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu almış müvəqqəti yaşayış yerində və xəstəxanalarda qocaların, uşaqların, aztəminatlı və ailə başçısını itirmiş şəxslərin, İİV/QİÇS-lə xəstələnmiş vətəndaşların dərman preparatları ilə təmin olunması Qaydası”nda edilən dəyişiklikdə əksini tapıb.

Dərman preparatları ilə təmin olunma dövlət tibb müəssisələrində” təşkil edilmiş aptek məntəqələri vasitəsilə həyata keçiriləcək. Təsdiq olunmuş pulsuz dərman reseptləri əsasında buraxılmış dərman preparatlarının dəyəri dövlət tibb müəssisələrinin xərclərində bu məqsədlə nəzərdə tutulmuş vəsait hesabına ödəniləcək.

Dəyişikliyə əsasən, pulsuz dərman reseptləri yazmaq hüququ olan dövlət müalicə-profilaktika müəssisələrinin pulsuz dərman resepti blankları ilə təmin olunmasının Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilməsinə dair müddəa isə ləğv olunub.

Избранный
18
3
apa.az

10Источники