RU

İstanbul Bilgi Universiteti istintaqa cəlb edildi

Türkiyə Ali Təhsil Şurası (YÖK) “Can Holding”lə bağlı aparılan istintaqa görə İstanbul Bilgi Universitetinə dair yayılan məlumatlara münasibət bildirib.

News365.az xəbər verir ki, Küçükçekmece Respublika Baş Prokurorluğunun “Can Holding”ə qarşı başladığı məhkəmə araşdırmasına universitet də daxil edilib. Bu çərçivədə müəssisənin hüquqları Əmanətlərin Sığortalanması Fonduna təhvil verilib.

YÖK-ün açıqlamasında qeyd olunub ki, tələbə və müəllim heyətinin narahatlığına səbəb yoxdur:
“Universitetin bütün fakültələrində tədris prosesi əvvəlki qaydada davam edəcək. Təhsil fəaliyyəti ilə bağlı hər hansı fasilə və ya çətinlik gözlənilmir”.

News365.az 

Избранный
17
news365.az

1Источники