Rusiyanın "Rosselxoznadzor" qurumu Azərbaycan məhsullarının tədarükündə guya pozuntular aşkarlamaqda davam edir. İdarə iddia edir ki, bəzi partiyalarda zərərvericilər və saxta sertifikatlar aşkar olunub.
Musavat.com xəbər verir ki, bu xəbərlər hər dəfə gündəmə gətirilərək sanki Azərbaycan kənd təsərrüfatı məhsullarının imicinə zərbə vurmaq məqsədi güdür.
Amma paradoks ondadır ki, əsas “zərərverici” barəsində heç bir akt tərtib olunmur – o isə fotodakı şəxsin özüdür. Çünki üzü üzümə, pomidora baxan, badımcanı ölçüb-biçən bu adamın siyasəti illərdir həm region ölkələrinin iqtisadiyyatına, həm də sadə insanların həyatına həqiqi zərər vurur.
Qalan zərərvericilər – hansısa milçəklər, həşəratlar, hətta saxta sertifikatlar – nəzarət altında həll oluna bilər. Amma bu “böyük zərərverici”nin yaratdığı problemləri aradan qaldırmaq heç də asan deyil.
Beləliklə, "Rosselxoznadzo"run narahatlığı ilə bağlı hər dəfə başlıq atılarkən, diqqət qaçılmaz olaraq ritorik sual doğurur: əsl zərərverici kimdir – pomidorların içindəki qurd, yoxsa onların arxasında dayanan Kreml sahibi?
Musavat.com