RU

Nəsimi rayonunda “Bilik Günü” münasibətilə xeyriyyə tədbiri keçirilib

Ses qazeti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon Təşkilatı, Nəsimi rayon İcra Hakimiyyəti və "Bakı Tikiş Evi" ASC-nin birgə təşkilatçılığı ilə “Bilik Günü” münasibətilə xeyriyyə tədbiri keçirilib. Tədbir çərçivəsində Vətən müharibəsi əlilləri, şəhid övladları və rayonda imkanı məhdud ailələrin övladlarına məktəbli formaları təqdim edilib.

Tədbirdə YAP Nəsimi rayon Təşkilatının sədri Azər Süleymanov iştirakçıları yeni dərs ilinin başlanması münasibətilə təbrik edərək, müəllim və şagirdlərə təhsildə uğurlar arzulayıb. O, həmçinin vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təhsil sistemində aparılan islahatlar ölkəmizin gələcək inkişafı üçün möhkəm təməl yaradır. Eyni zamanda, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsil sahəsindəki humanist təşəbbüsləri gənc nəslin vətənpərvər ruhda formalaşmasına əvəzsiz töhfələr verir.

Nəsimi rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, RİH başçısının müavini Zahid Xəlilov “Bilik Günü” münasibətilə təhsil işçilərini, valideynləri və məktəbliləri təbrik edərək bildirib: “Ulu öndər Heydər Əliyevin ‘Təhsil millətin gələcəyidir’ sitatı müasir Azərbaycanın inkişaf strategiyasında təhsilin ölkənin ana xəttinə çevrildiyini təsdiqləyir. Tam əminliklə deyə bilərik ki, bu gün Prezident İlham Əliyevin strateji uzaqgörənliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın humanist təşəbbüsləri nəticəsində Azərbaycan təhsili yeni inkişaf mərhələsinə qədəm qoyaraq, gələcəyin savadlı, milli ruhlu və vətənpərvər nəsillərinin formalaşmasına möhtəşəm töhfələr verməkdədir.”

Tədbirdə “Bakı Tikiş Evi” ASC-nin sədr müavini Elnur Rəhimov çıxış edərək təşkilatın sosial layihələrə verdiyi dəstəyi vurğulayıb. Daha sonra şəhid atası Bağı Hüseynov çıxış edərək şəhid ailələri adından ölkə rəhbərliyinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib.

Sonda məktəbli formaları şagirdlərə təqdim olunub. Bu tədbir dövlətin və ictimai təşkilatların sosial dəstək təşəbbüslərinin növbəti nümunəsi olaraq, təhsilin dəstəklənməsi və imtiyazlı ailələrə qayğının göstərilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
27
2
sesqazeti.az

3Источники