RU

Erməni spiker: “Şübhələr var ki, Rusiyanın bizə...“

“Rusiyanın bizə qarşı münasibətinin o qədər də yaxşı olmadığına dair şübhələr var”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu sentyabrın 11-də jurnalistlərlə söhbətində Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

O əmin edib ki, Ermənistan bütün ölkələrlə qardaş ölkə kimi yanaşır. "Bilmirəm, onlar (Rusiya - red.) bizə qarşı eyni münasibətdədirlər, ya yox", - Simonyan qeyd edib.

O deyib ki, hazırda Rusiya bazasının Ermənistandan çıxarılması məsələsi müzakirə olunmur. "Belə söhbətlər olmayıb, mən yeni heç nə deyə bilmərəm", - Simonyan vurğulayıb.

Onun sözlərinə görə, Ermənistanın Baş naziri  Moskvaya səfəri Rusiya Prezidenti Vladimir Putinlə - görüş olmadan baş tuta bilməz. “Hesab edirəm ki, belə bir görüş nəzərdə tutulmasaydı, dövlət başçısı Moskvaya getməzdi”, - o əlavə edib.

Избранный
4
1
cebheinfo.az

2Источники