Bakı, 10 sentyabr, AZƏRTAC
“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Klubdan AZƏRTAC-a bidirilib ki, gənc futbolçu Aaron Maluda Fransanın “Lill” komandasından bir illik icarəyə götürülüb.
Maluda Fransanın “Lion” klubunun yetirməsidir. 19 yaşlı futbolçu karyerası ərzində “Lill”, “Renn” və “Nim” klublarının ikinci və əsas komandalarında oynayıb.
Vinger mövqeyində çıxış edən oyunçu Fransanın U-19 millisinin də üzvü olub.
Qeyd edək ki, Aaron Maluda Fransa millisinin və İngiltərənin “Çelsi” klubunun sabiq üzvü, tanınmış futbolçu Floran Maludanın oğludur.