RU

Azərbaycanda elektron su atlasının yaradılmasına başlanılıb VİDEO

Bakı, 11 sentyabr, AZƏRTAC

Azərbaycanda elektron su təsərrüfatı informasiya sisteminin və coğrafi informasiya texnologiyalarına əsaslanan milli su atlasının yaradılmasına başlanılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlham Bayramov sentyabrın 11-də Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Konfransında deyib.

O bildirib ki, elektron su təsərrüfatı informasiya sistemi yaradıldıqdan sonra çaylardan, yeraltı və yerüstü mənbələrdən son istehlakçıya qədər suyun balansı və uçotu aparılacaq.

“Eyni zamanda suyun tənzimlənməsi, çatdırılması və istifadəsi prosesləri onlayn izləniləcək və idarə ediləcək. Elektron su atlası Azərbaycanda ilk dəfə hazırlanır. Atlasın əsas məqsədi ölkənin bütün su ehtiyatlarının, su ilə bağlı resursların, infrastrukturun, həmçinin yeraltı və yerüstü mənbələrin tam şəkildə vahid coğrafi məlumat bazasında toplanmasıdır. Bu sistem digər dövlət qurumlarının məlumat bazaları ilə inteqrasiya olunacaq və geniş funksiyalara malik onlayn interfeysə sahib olacaq”, - deyə İlham Bayramov əlavə edib.

Избранный
12
4
azertag.az

6Источники