RU

SON DƏQİQƏ! Türkiyənin məşhur media subyektlərinə ƏL QOYULDU

Aralarında Habertürk və Show TV-nin də daxil olduğu Can Holdinqdə prokurorlar tərəfindən nəzarət ələ alınıb. Holdinqin 121 şirkətinə həbs qoyulub, rəhbərləri isə “çirkli pulların yuyulması”, “qaçaqmalçılıq” və “cinayətkar təşkilat yaratmaq” maddələri ilə ittiham olunublar.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Küçükçekmece Respublika Prokurorluğu "Can Holding"in sahibləri Mehmet Şakir Can, Kamal Can və Kənan Tekdağ da daxil olmaqla 10 nəfər haqqında həbs qərarı çıxarıb.

Holdinqin tərkibində Habertürk və Show TV də daxil olmaqla 121 şirkət ələ keçirilib. Mehmet Şakir Can, Kenan Tekdağ və Kamal Canın da olduğu şirkət rəhbərləri bu gün səhər saatlarında nəzarətə götürülüb.Can Holdinq hazırda Habertürk, Show TV və Bloomberg HT kimi kanalların sahibidir. Can Holdinqin bu alış üçün 800 milyon dollar ödədiyi bildirilir.

Küçükçekmece Respublika Baş Prokurorluğu istintaq çərçivəsində aşağıdakı məlumatları verdi:

“Can Holdinqin nəzdində fəaliyyət göstərən şirkətlər vasitəsilə cinayət törətmək üçün təşkilat yaradıldığı və bu qurum vasitəsilə ixtisaslı fırıldaqçılıq, vergidən yayınma, şirkət hesablarına naməlum mənbələrdən gəlirlərin daxil edilməsi, habelə cinayət yolu ilə əldə edilmiş gəlirlərin yuyulması kimi mürəkkəb əməllərin həyata keçirildiyi müəyyən edilib. “Can Holdinq”in nəzdində fəaliyyət göstərən şirkətlərə mənşəyi məlum olmayan külli miqdarda pulların daxil olduğu müəyyən edilib. Bu pul izlərini gizlətmək məqsədilə müxtəlif şirkətlər arasında ötürülüb. Müəyyən edilib ki, vergi öhdəlikləri hesab-fakturasız və saxta sənədlərlə aparılan əməliyyatlar vasitəsilə yüngülləşdirilib".




Избранный
10
manset.az

1Источники