RU

“Time” jurnalı üz qabığını siyasi fəal və Trampın tərəfdarı Çarli Kirkə həsr edib

Amerikanın “Time” jurnalının 11 sentyabr tarixinə olan üz qabığı ABŞ prezidenti Donald Trampın tərəfdarı hesab edilən və güllələnən mühafizəkar fəal Çarli Kirkə həsr edilib.

Jurnalın üz qabığında “Bəsdir” yazılıb. Həmçinin fəalın son çıxışından çəkilmiş foto yerləşdirilib. “Time” hesab edir ki, ABŞ-də “siyasi zorakılıq epidemiyası” baş alıb gedir.

Çarli Kirk sentyabrın 10-da Yuta Universitetində çıxış edən zaman güllələnib. Hücumdan sonra o, xəstəxanaya aparılıb, lakin həkimlər onu xilas edə bilməyiblər. ABŞ prezidenti Donald Tramp ölkə üzrə bütün bayraqların endirilməsi barədə göstəriş verib. Vaşinqtonda fəalın qətlindən sonra Ağ Evdə təhlükəsizlik tədbirləri gücləndirilib.

Избранный
6
banker.az

1Источники