RU

Yeni tədris ilində şimal qərb bölgəsində 80 mindən çox şagird təhsil alacaq

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Şəki, 11 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

‎2025–2026-cı il tədris ilində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində, ümumilikdə, 80 min 677 şagird təhsil alacaq. O cümlədən, I sinifdə 6 min 714, IX sinifdə 7 min 996, XI sinifdə isə 6 min 156 şagirdin təhsil alması gözlənilir.

‎Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Regional Təhsil İdarəsinin məsul əməkdaşı Mahal Məmmədov məlumat verib.

Qurumun əməkdaşı bildirib ki, eyni zamanda, şimal-qərb bölgəsində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə 7 min 220 uşaq, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına isə 5 min 205-ə yaxın beşyaşlı uşaq cəlb olunacaq.

2024-2025-ci tədris ilində idarənin tabeliyindəki ümumi təhsil müəssisələrində 9 min 379 müəllim, məktəbəqədər təhsil müəssisələrində isə 1395 tərbiyəçi-müəllim çalışacaq.

‎Qeyd edək ki, hazırda Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində 352 ümumi, 204 məktəbəqədər və 12 məktəbdənkənar olmaqla, ümumilikdə, 568 təhsil müəssisəsi fəaliyyət göstərir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
14
4
azertag.az

5Источники