İlin əvvəlindən Rusiyada avtosalonlar kütləvi şəkildə bağlanır.
Publika.az xəbər verir ki, "Forbes" bu barədə "Yandex Maps"in araşdırmasına istinadən məlumat yayıb.
Sentyabrın 1-dək avtosalonların sayı orta hesabla 9% azalsa da, əhalisi milyondan çox olan bir sıra şəhərlərdə azalma 30%-ə çatıb.
Bildirilir ki, mövcud vəziyyət tələbin aşağı olması, kredit faizlərinin yüksək olması, yeni avtomobillərin qiymətləri ilə izah olunur. Ekspertlər hesab edir ki, müştərilərin qənaət davranış modelinə keçidi ilə əlaqədar olaraq da qiymətlər artır.