RU

Britaniya şirkəti yeni vergilərə görə 88 milyon funt sterlinq zərər edib

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

London, 11 sentyabr, AZƏRTAC

Böyük Britaniyanın ən iri pərakəndə şəbəkələrindən biri olan “John Lewis Partnership” maliyyə hesabatının yarımillik dövrünü 88 milyon funt sterlinq zərərlə başa vurub.

AZƏRTAC “Independent”ə istinadla xəbər verir ki, “John Lewis” universal mağazaları və “Waitrose” supermarketlərini idarə edən şirkət zərərə əsas milli sığorta haqlarının artırılması və yeni qablaşdırma vergilərini səbəb göstərib.

Şirkət böyük maliyyə itkisinə baxmayaraq cari maliyyə ili başa çatana qədər mənfəət artımına nail olacağına inam ifadə edib və yaxşı mövqedə olduğunu bildirib.

Hesabata görə, 26 iyulda başa çatan 26 həftəlik dövr üçün istisna xərclərdən əvvəl vergidən öncəki zərər 34 milyon funt olub. Lakin davam edən islahat proqramı və qeyri-maddi aktivlərin dəyərsizləşməsi ilə bağlı əlavə xərclər nəzərə alındıqda, ümumi zərər 88 milyon funta yüksəlib. Müqayisə üçün, ötən ilin eyni dövründə şirkətin zərəri 30 milyon funt təşkil etmişdi.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
35
3
azertag.az

4Источники