RU

Polis bu yolla vətəndaşın evindən şər ruhları qovdu

Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsində polis əməkdaşı vətəndaşa mənzildən şər ruhları qovmağa kömək edib.

Publika.az xəbər verir ki, bu barədə regional idarənin saytında məlumat verilib.

Bildirilir ki, Nijnevartovskdan olan polis mayoru Roman Çerevkovun başına qeyri-adi hadisə gəlib. Şəhər sakini demək olar ki, hər gün növbətçi hissəyə zəng edərək mənzilində məskunlaşan şər ruhlardan şikayətlənib. Polis əməkdaşının sözlərinə görə, o, şikayətçini sakitləşdirməyə çalışsa da, buna nail ola blməyib.

"O, növbəti dəfə başqa şər qüvvələrin mövcudluğundan şikayət edəndə, mən ilahiyyat seminariyasında dərs deyən dostuma müraciət etməli oldum. Onunla birlikdə vətəndaşın evinə getdik, dostum orada şər ruhları qovmaq üçün rituallar həyata keçirdi", - deyə polis qeyd edib.

Polis əlavə edib ki, həmin rituallardan sonra vətəndaş hüquq-mühafizə orqanları ilə əlaqə saxlamağı dayandırıb.

Избранный
23
publika.az

1Источники