RU

Paşinyanın Kanadada bahalı mülkü aşkarlanıb

AzVision.az xəbər verir ki, “Times of Canada” nəşrinin məlumatına görə, fransız qəsri üslubunda tikilmiş Sent-Corc (Müqəddəs Corc” malikanəsi Toronto şəhərinin mərkəzindən cəmi 35 dəqiqəlik məsafədə yerləşir.

Nəşrin istinad etdiyi dövlət əmlakı qeydləri malikanənin 2024-cü ilin sonunda 17,1 milyon dollara satıldığını göstərir. Bu, ilk baxışdan Kanadanın lüks daşınmaz əmlak bazarında növbəti satış kimi görünür.

“Lakin aylarla davam edən araşdırma nəticəsində məlum olub ki, alıcı qismində yalançı şirkət göstərilib. Əslində, bu, xarici liderlərdən biri, yəni Ermənistanın baş naziri Nikol Paşinyan üçün pərdədir”,- qəzet yazır.

Sent-Corc malikanəsi yaşayış evi üçün demək olar ki, ağlasığmaz miqyasa malik bir mülkdür. 2600 kvadrat metrlik villada altı yataq və on vanna otağı, qapalı hovuz, evdə idman zalı və beş qaraj var.

2024-cü ilin sentyabr ayının sonlarında, Paşinyan və Kanadanın o vaxtkı baş naziri Castin Trüdonun Parisdə görüşündən bir həftə əvvəl malikanə 17,1 milyon dollara satılıb.

Alqı-satqı sənədlərində sadalanan əsas broker kimi erməni diasporunun tanınmış siması – erməni əsilli kanadalı aktrisa və vətəndaş hüquqları müdafiəçisi Arsine Khancyan göstərilib.

Onun məxsus olduğu erməni ailəsi, 1915-ci ildə Osmanlı İmperiyasından köçərək Kanadada məskunlaşıb. Arsine 2018-ci ildə Paşinyanı hakimiyyətə gətirən “məxməri inqilab”ın beynəlxalq səviyyədə açıq tərəfdarı olub. Qələbədən az sonra Paşinyan Xancyan və onun ərinə Ermənistan vətəndaşlığı verib.

- Bu gün Xancyan ictimai dəstəkçi olmaqdan Paşinyanın etibarlı adamına çevrilib. Kanada Daşınmaz Əmlak Assosiasiyasındakı mənbələr Xancyanın Paşinyan üçün vasitəçi olduğunu təsdiqləyir. O, yalançı şirkət qurmaq üçün vəkillər tutub və anonim alıcının adından satıcının agentləri ilə əlaqə saxlayaraq, sənədlərin izinin birbaşa İrəvana aparıb çıxarmamasını təmin edib”, - Kanada nəşri vurğulayır.

Müxalifət lideri olanda Nikol Paşinyan əvvəlki rejimin korrupsioner və oliqarx əməllərinə qarşı sərt çıxışlar edib. Onun siyasi kimliyi yeni, dürüst və xalq yönümlü Ermənistan vədinə əsaslanırdı.

Nəşr diqqətə çatdırır ki, bu alışa xərclənən 17,1 milyon dolların haradan gəldiyi və belə qiymətli sərvətin Paşinyanın heç vaxt rəsmi səfərdə olmadığı ölkədə niyə əldə edildiyi məlum deyil.

“Erməniləri narahat edən sual qalır: məxfiliyə son qoyacağına söz verən inqilabçı əvəz etmək istədiyi adama çevrilib?”,- materialda ritorik sual verilir.


Sahil İsgəndərov
AzVision.az
Избранный
7
azvision.az

1Источники