RU

ABŞ-ın kommersiya xam neft ehtiyatları gözləniləndən çox artıb

ABŞ-ın kommersiya xam neft ehtiyatları keçən həftə təxminən 3,9 milyon barel artıb ki, bu da bazar gözləntisindən üç dəfə çox olub.

ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına görə, kommersiya xam neft ehtiyatları keçən həftə 3,9 milyon barel artaraq 424,6 milyon barrelə çatıb. Bazar gözləntiləri ehtiyatların cəmi 1,25 milyon barel artması idi.

Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə 500 min barel artaraq 405,2 milyon barrelə çatıb. Bu dövrdə ABŞ-ın benzin ehtiyatları da təxminən 1,5 milyon barel artaraq 220 milyon barrelə çatıb.

İstehsal rekord səviyyəyə yaxınlaşır

ABŞ-ın gündəlik xam neft hasilatı avqustun 30-dan sentyabrın 5-dək olan həftə ərzində 72 min barel artaraq 13 milyon 495 min barrelə çatıb.

Digər tərəfdən, ölkənin xam neft idxalı əvvəlki həftə ilə müqayisədə gündəlik 471 min barrel azalaraq 6 milyon 27 min barrelə, xam neft ixracı isə gündəlik 1 milyon 139 min barrel azalaraq 2 milyon 745 min barrelə çatıb.

Избранный
15
2
kommersant.az

3Источники