RU

Sabah Bakıda yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal edilir.

Küləkli hava şəraitinin həftə sonunadək davam edəcəyi proqnozlaşdırılır.

Избранный
6
5
yeniazerbaycan.com

10Источники