RU

NASA Çinə kosmik proqramlarda işləməsini qadağan edib

Ajans.az xəbər verir ki,bu barədə Bloomberg agentliyi məsələ ilə tanış mənbələrə istinadən məlumat yayıb. Qərar sentyabrın 5-də etibarlı ABŞ vizası ilə NASA-da çalışan və ya təcrübə keçən Çin vətəndaşlarına agentliyin sistem və qurğularına girişin kəsilməsi ilə müşahidə olunub. NASA sonradan bu addımı təsdiqləyərək bildirib ki, dəyişikliklər “işimizin təhlükəsizliyini təmin etmək məqsədi ilə həyata keçirilib”. NASA-nın mətbuat katibi Bethany Stevens təsdiq edib ki, Çin vətəndaşlarına qarşı daxili təhlükəsizlik tədbirləri görülüb və bu tədbirlər obyektlərə fiziki və kibertəhlükəsizlik səviyyəsində girişin məhdudlaşdırılmasını əhatə edir. Mənbələrin sözlərinə görə, bu dəyişiklik bir sıra çinli tədqiqatçılar və podratçıların görüşlərdə iştirakını, eləcə də elmi araşdırmalara töhfə verməsini də məhdudlaşdırıb.

 

Избранный
40
Ajans.az

1Источники