RU

Amerika qoşunları Polşadan çıxarılacaqmı? -Trampın mövqeyi bəlli oldu

ABŞ Prezidenti Donald Tramp Polşa Prezidenti Karol Navrotski ilə telefon danışığı zamanı Amerika qoşunlarının Polşa ərazisində qalacağını təsdiqləyib. Vətəninfo.az xəbər verir ki, bu barədə Polşa Prezidentinin mətbuat katibi Rafal Leskieviç məlumat verib. Onun sözlərinə görə, Tramp müttəfiqlərlə münasibətlərə sadiq qaldığını vurğulayıb və hazırda Polşada yerləşdirilmiş ABŞ hərbçilərinin orada qalacağını bildirib.

Hazırda Polşa ərazisində təxminən 10 min amerikalı hərbçi xidmət aparır. Mətbuat katibinin sözlərini RİA Novosti yayıb.

Polşanın Baş naziri Donald Tusk isə jurnalistlərə açıqlamasında ölkəsinin ABŞ hərbçilərinin varlığı üçün yüksək maliyyə vəsaiti sərf etdiyini bildirib. O qeyd edib ki, Varşava bir amerikalı əsgərə görə illik təxminən 15 min dollar ödəyir.

Qeyd edək ki, bir neçə gün əvvəl Tramp bəzi Avropa ölkələrində yerləşdirilən Amerika qoşunlarının çıxarılmasının mümkünlüyünü gündəmə gətirmişdi. Lakin Polşa ilə bağlı son açıqlaması bu ölkədəki ABŞ hərbi kontingentinin qalacağını təsdiqləyib.

Müşahidəçilər hesab edirlər ki, Trampın bu mövqeyi NATO-nun şərq cinahında ABŞ-ın hərbi mövcudluğunun qorunmasına dair önəmli siqnaldır.

Избранный
15
veteninfo.az

1Источники