Ölkəmizdə ekoloji durumun yaxşılaşdırılması, əhalinin bu sahədə maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərini təbliğ etmək məqsədilə təmizlik aksiyaları keçirilir.
“Xəzəri qoruyaq!” sahilyanı təmizlik aksiyası çərçivəsində 1-8 sentyabr tarixlərində Xəzər dənizinin Siyəzən, Neftçala, Lənkəran və Astara sahillərində iməciliklər təşkil olunub.
Aksiyalar çərçivəsində gənclərin, könüllülərin iştirakı ilə ümumilikdə 1150 kiloqram tullantı toplanaraq aidiyyəti üzrə təhvil verilib.
XQ